Milli Gimnastika Arenası əsasən beynəlxalq ritmik və bədii gimnastika yarışlarına ev sahibliyi etmək üçün layihələndirilib. 2014-cü il Avropa Çempionatı və 2015-ci il Avropa Oyunlarının keçiriləcəyi məkan olmaqla yanaşı, Milli Gimnastika Arenası həm də Azərbaycan Milli Gimnastika komandasının bazasıdır.
Hava limanından şəhərə doğru magistral yolun üzərində yerləşən bu cəlbedici stadionda 9000 nəfər tamaşaçı üçün oturacaqlar, dünya səviyyəli təlim-məşq avadanlıqları və qonaq komandalar üçün yaşayış yeri planlaşdırılıb.
Ümumi daxili sahəsi: 40.000 m2