Milli Gimnastika Arenası

Milli Gimnastika Arenası Heydər Əliyev prospektində Koroğlu metro stansiyasının yaxınlığında təxminən 6.000 yerdən ibarət arena olacaq. MGA əsasən müsabiqə səviyyəsində Ritmik və Bədii Gimnastikaya ev sahibliyi etmək üçün layihələşdirilir. Arena xüsusi olaraq, müxtəlif funksiyaları icra etmək və ya tələb olunduğunda idman tədbirləri keçirmək məqsədilə Əsas Arenaya uyğunlaşdırılmaq üçün layihələşdirilir. MGA Beynəlxalq yarışlar üçün gimnastların təlim keçmələri məqsədilə də nəzərdə tutulur. Gimnastların təlim keçmələri üçün imkanlara yardımçı otaqlar, təlim zalları, auditoriyalar, yeməkxanalar, idman zalları aiddir. Arenanın imkanlarına gəldikdə, məişət əşyaları, qida və içki bölmələrindən ibarət 2 əsas şöbə, onlardan yuxarıda isə VİP şəxslər üçün müxtəlif ölçülü dəbdəbəli lojalar yerləşəcək. Həmçinin, arena meydançasına baxma imkanı yaradan 2 mərtəbəli restoran üçün geniş yer ayrılacaq. MGA, beynəlxalq yarışlara ev sahibliyi edərkən beynəlxalq media və sponsorlar üçün müsahibə otaqları, media nəzarəti mərkəzi və sponsor otaqlarından başlamış mətbuat otaqlarına qədər müasir dünya standartlarına uyğun idman məkanlarına qoyulan bütün tələblərə cavab verəcək. Arenanı tamamlamaq üçün 24.000 m2 ətraf landşaft layihələşdirilir ki, bu da 300+ maşının saxlanması üçün yeraltı avtomobil dayanacağı olacaq.

Lahiyəni işləyib hazırlayan: - PASHA Construction Ltd.
Layihə/İnşaat rəhbəri -
Mace International
Memar - Broadway Malyan
For information please contact: Andy Norgett
Phone: 00 994 12 404 4800
Email address:
andy.norgett@macegroup.com