AVROPA VƏ CƏNUB-QƏRBİ ASİYANN KƏSİŞMƏSİNDƏ YERLƏŞƏN

AZƏRBAYCAN RESPUBLIKASI

Azərbaycan Respublikası Avropa və Cənub-Qərbi Asiyanın kəsişməsində, Qafqaz regionunda yerləşən və şərqdə Xəzər dənizi, şimalda Rusiya, şimal-qərbdə Gürcüstan, qərbdə Ermənistan, cənubda isə İranla həmsərhəddir. Azərbaycanın əhalisi təxminən 9.3 milyona bərabərdir və əlavə olaraq, xarici ölkələrdə, üç milyon Azərbaycanlı çalışır. Orta yaş 31 olmaqla, ölkə əhalisinin əksəriyyətini gənclər təşkil edir.

Əhalinin sıx məskunlaşdığı ərazi 3,5 milyon nəfər yaşadığı paytaxt Bakı şəhəridir.

MİLLƏTİMİZİN ƏSASINI XALQIMIZ TƏŞKİL EDİR!


QONAQPƏRVƏR VƏ XEYİRXAH XALQ


Azərbaycan xalqı əsrlər boyu öz qonaqpərvərliyi və qonaqlara olan hörməti ilə məşhur olmuş, ötən 10 il ərzində isə Azərbaycanda keçirilən müxtəlif mötəbər tədbirlər çərçivəsində öz qapılarını böyük fəxrlə xarici qonaqların üzünə açmışdır.

Azərbaycan Respublikası beynəlxalq idman yarışlarına ev sahibliyi etmək ənənəsinə malikdir və Bakı, 2015-ci il 1-ci Avropa Oyunlarının, habelə 2005, 2007, 2009 və 2014-cü illərdə Bədii Gimnastika üzrə Avropa çempionatlarının, eləcə də 2012-ci ildə FİFA 17 yaşadək Qadınlar Arasında Futbol üzrə Dünya Çempionatının və bir çox digər genişmiqyaslı idman tədbirlərinin keçirildiyi bir məkan olmuşdur.

Azərbaycan həmçinin 2012-ci ildə yüksək peşəkar standartlara uyğun təşkil olunmuş və təxminən 100 milyon izləyicin seyr etdiyi “Avroviziya” mahnı müsabigəsini də keçirilməsində uğura imza atmışdır.
Bədii Gimnastika üzrə Avropa çempionatı 2014-cü ildə də Azərbaycanda yenicə istifadəyə verilmiş və “Paşa İnşaat” şirkətinin layihəsi olan Milli Gimnastika Arenasında keçirilib. Bununla yanaşı, Azərbaycan 2015-ci ildə 1-ci Avropa Oyunlarının da məhz ölkəmizdə keçirilməsi hüququnu qazanmışdır.

Bundan əlavə, 2013-cü ildə GT3, 2016-cı ildə isə Formula-1 üzrə yarışların Avropa Qran Prisinin uğurlu təşkilidən sonra, Bakı şəhərinin 2017-ci il Formula-1 üzrə yarışların Azərbaycan Qran Prisinə ev sahibliyi edəcəyi müəyyən edilmişdir.


BAKINI ÖZÜNÜZ KƏŞF EDİN

BAKI

İRSİ ƏNƏNƏLƏRLƏ ZƏNGİN VƏ ÇİÇƏKLƏNƏN PAYTAXT


Xəzər dənizinin qərb sahilində yerləşən Bakı şəhəri Azərbaycanın siyasi və mədəni mərkəzidir. Ölkə əhalisinin 40%-nin məskunlaşdığı Bakı meqapolisi ölkəmizin ən iri şəhəridir və son on il ərzində neft-qaz yataqlarının təkrar işlənməsindən sonra daha da inkişaf etmişdir.

Ötən əsrin sonlarından bəri, yəni dünya üzrə ümumi neft hasilatının yarısından çoxunu təmin etməyə başladığı vaxtdan etibarən, neft sayəsində məşhurlaşan Bakı şəhəri Azərbaycanın ən gözəl şəhəridir. Vaxtı ilə Nobel ailəsi məhz bu şəhərdə sərvət toplamış və sonradan eyniadlı mükafatı təsis etmişdir. Stalinqrad uğrunda gedən tarixi döyüşlərin əsas məqsədi də Bakıdakı neft yataqlarının düşmən əlinə keçməsinə yol verməmək idi.

Tarixi 5-ci əsrə aid olan İçərişəhər YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilmişdir. XIX əsrin sonlarında iqtisadi artım nəticəsində tikilmiş Bakıda inqilabdan əvvəl neft baronlarına məxsus olan, hazırda isə muzey və sənət qalereyaları kimi istifadə edilən bir sıra malikanələr də daxil olmaqla, ‘’beaux-arts’’ cəlbedici memarlıq nümunələrini görmək olar.

Hazırda Azərbaycan Hökuməti dövlət orqanlarına infrastrukturun, eləcə də kommunal xətt və xidmətlərin təkmilləşdirilməsi üçün böyük məbləğdə vəsait ayırıb. Həmçinin, şəhərin tarixi və mədəni irsinin bərpası üçün xüsusi büdcə və qrantlar da ayrılıb. Digər tərəfdən isə sahil xətti boyu şəhərin beynəlmiləl ruhunu əks etdirən innovativ müasir arxitekturaya diqqət yetirməklə, bir çox irimiqyaslı layihələr həyata keçirilməkdədir.


AZƏRBAYCANIN ZƏNGİN TƏBİİ SƏRVƏTLƏRİNİN TÖHFƏSİ BARƏDƏ DAHA ƏTRAFLI ÖYRƏN

Əvvələ qayıt