PAŞA Qrup Azərbaycan Respublikasının ən iri şirkətlərindən biridir. Şirkətin fəaliyyət sahələri daşınmaz əmlakın inkişafı və inşaat, turizm, sığorta və bank işlərindən ibarətdir. Qrupa aşağıdakı əsas bölmələr daxildir:
1. PAŞA Sığorta - Azərbaycanın aparıcı sığorta şirkəti
2. PAŞA Travel - Azərbaycanın turizm xidmətləri bazarında lider
3. PAŞA Bank - Azərbaycanın ən iri üç maliyyə qurumlarından biridir.
4. PAŞA İnşaat - Tikinti layihələrinin işlənib hazırlanması və inşaat üzrə bütün növ xidmətlər göstərən bir şirkətdir və Bakı şəhərində bir sıra ən nüfuzlu layihələrin yerinə yetirilməsi üçün təsis edilib. PAŞA İnşaat şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyətə başlayıb və yarandığı vaxtdan fenomenal inkişafa nail olub. PAŞA İnşaat şirkətinin portfoliosuna 1,000,000 KМ ibarət layihələr (756,000 KМ hazırda inşa olunur) daxildir. Bu işləmələrə yaşayış binaları, ticarət və ofis mərkəzləri, otellər və s. geniş miqyaslı layihələr daxildir.