“PAŞA İNŞAAT” AZƏRBAYCANIN TİKİNTİ SAHƏSİNDƏ ƏN BÖYÜK VƏ ƏN NÜFUZLU LAYİHƏLƏRİN

YARADILMASI, DİZAYNI VƏ İSTİSMARA VERİLMƏSİNİ

TƏMİN EDİR

İNNOVATIV İNKIŞAF, APARICI BEYNƏLXALQ DIZAYN VƏ INŞA
MÜTƏXƏSSISLƏRI ILƏ TƏRƏFDAŞLIĞIN TƏZƏHÜRÜ

2006-CI İLİN NOYABRINDA QURULDUĞU DÖVRDƏN ETİBARƏN ŞİRKƏTİMIZ

MÜSTƏSNA FƏALİYYƏT

GÖSTƏRİCİLƏRINƏ NAİL OLMUŞDUR

figures_az-new

Biz səyahətə yeni başlamışıq

BİZ GƏLƏCƏYƏ BAXIŞA MALİK TİKİNTİ ŞİRKƏTİYİK VƏ

UNİKAL TƏCRÜBƏ TƏMİNATÇISIYIQ

“Paşa İnşaat” Azərbaycanda kommersiya və yaşayış binalarının beynəlxalq standartlara uyğun tikintisi sahəsində ixtisaslaşan aparıcı şirkətdir və bir sıra əsas məkanlarda həm mükəmməl arxitektura, həm də tikinti-inşaat işlərinin keyfiyyəti baxımından sayılıb-seçilən möhtəşəm layihələrə imza atmışdır.
Son bir neçə il ərzində Bakının ümumi görünüşünün əhəmiyyətli dərəcədə dəyişməsində mühüm rolu olan unikal layihələrimizin əksəriyyəti şəhərin məşhur Dənizkənarı milli parkında mötəbərcəsinə yer tutub.
Qarşıya qoyduğumuz əsas məqsədlərdən biri isə estetik gözəlliyə malik obyektlər inşa etməklə yanaşı, daimi müştərilərimiz və sakinlər üçün müstəsna imkanlar təklif etmək məqsədilə, tikintisi başa çatdırılmış obyektlərin peşəkar idarə olunmasını təmin etməkdir.
Layihərimizin əksəriyyətində ilkin dizayn konsepsiyasından tutmuş, tikinti-inşaat əməliyyatlarının idarə olunmasına və tamamlanma işlərindən sonra texniki dəstək xidmətlərinin göstərilməsinə qədər, müştərilərimiz və onların sərmayədarları ilə yaxından əməkdaşlıq edirik.
Bu yanaşma istənilən obyektin tikintisi üçün göstərdiyimiz ilkin səy və cəhdlərimizi müştəriləri tam qane edəcək bir şəkildə tamamlamağa imkan yaradır.
Hər bir xüsusi obyekti öz kateqoriyasında (maksimum səviyyədə) idarə etmək üçün tələb olunan təcrübəni təmin etmək məqsədilə şirkətimizdə daşınmaz əmlak obyektlərinin idarə olunması üzrə qruplar fəaliyyət göstərir. Biz əminik ki, daşınmaz əmlak obyektlərinin idarə olunması üzrə əməkdaşlırımız Azərbaycanda yalnız ən mükəmməl imkanlara malik deyil, onlar həmçinin, bu xidmətləri ən yüksək dünya standartları səviyyəsində təmin etmək üçün dərin bilik və beynəlxalq təcrübəyə malik olmaq üçün yaradılmışdırlar.

Əvvələ qayıt